MSK-nın sədri ATƏT/Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasının nümayəndələrinə seçkilərə hazırlıq prosesi haqda məlumat verib
2024-cü ilin 26 oktyabr seçkiləri və Seçki Administrasiyası tərəfindən həyata keçirilən və planlaşdırılan fəaliyyətlər ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) müşahidə missiyasının nümayəndələri ilə bu gün Mərkəzi Seçki Komissiyasında keçirilən görüşün əsas mövzusu olub. Bu haqda məlumatı MSK yayır.
MSK-nın sədri Qiorqi Kalandarişvili müşahidə missiyasının nümayəndələrinə 26 oktyabr seçkilərinə hazırlıq prosesi, elektron seçki texnologiyalarının müdaxiləsi, seçicilərin məlumatlandırılması, qeyd olunan seçkilərdə müşahidəçi təşkilatların qeydiyyatı və qurumun qarşısında dezinformasiyanın yayılması baxımından duran çağırışlar haqda məlumat verib. Qiorqi Kalandarişvilinin qeyd etdiyi kimi, Seçki Administrasiyası həm yerli, həm də beynəlxalq müşahidəçi təşkilatların oktyabrın 26-da keçiriləcək parlament seçkilərinə cəlb olunmasını təqdir edir. Həmçinin, MSK sədri seçki prosesində neytral və obyektiv müşahidənin əhəmiyyətindən danışıb.
“Biz bu gün rəsmi olaraq fəaliyyətə başlayan ATƏT/Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyası ilə mühüm görüş keçirdik. Görüş çərçivəsində biz seçkilərin idarə olunması ilə bağlı bütün vacib məsələləri müzakirə etdik. Fikrimcə, beynəlxalq müşahidə missiyalarının cəlb edilməsi və onların tövsiyə və qiymətləndirmələrinin paylaşılması seçki mühitinin yaxşılaşdırılmasına kömək edir. 26 oktyabr seçkilərinə çox az vaxt qalır, müvafiq olaraq Seçki Administrasiyası beynəlxalq və Avropa standartlarına uyğun seçkilərin keçirilməsi üçün administrasiyanın həyata keçirdiyi bütün fəaliyyətlər haqda seçkilərə qoşulmuş bütün tərəflərə məlumat verməyə çalışır” – Kalandarişvili bildirib.
“ATƏT/Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasının rəhbəri Ouen Mörfi öz növbəsində MSK-nın sədrinə 26 oktyabr seçkilərini bütün Gürcüstan miqyasında müşahidə edəcək müşahidəçilər haqda ətraflı məlumat verib. Həmçinin, o, təşkilatın həm seçkiöncəsi dövrdə, həm də seçkilərdən sonra dərc edəcəyi müşahidə missiyasının hesabatlarından danışıb.
Bu gün rəsmi olaraq fəaliyyətə başlayan ATƏT/Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasına Ouen Mörfi rəhbərlik edir. Bugünkü görüşdə onunla birlikdə missiyanın rəhbərinin müavini Marsel Naci, seçki məsələləri üzrə analitik Martsela Maşkova, analitik Ana Melikyan və DTİHB-nin Gürcüstanda seçkilər üzrə müşaviri/zabiti Kseniya Daşutsina iştirak edirdilər.
Görüş bu gün MSK-da keçirilib və MSK-nın sədr müavini Qiorqi Şarabidze, hüquq departamentinin rəhbəri Qiorqi Santuriani, MSK-nın Tədris Mərkəzinin direktoru Natia Zaalişvili və Beynəlxalq Əlaqələr və Protokol şöbəsinin müdiri Tamar Kapanadze görüşdə iştirak ediblər” – MSK tərəfindən yayılmış məlumatda deyilir.