MSK-nın mətbuat katibi- Seçki Administrasiyası seçkiləri peşəkar, hər kəs üçün əlçatan və sağlamlıq üçün təhlükəsiz mühitdə keçirməyə hazırdır
Bu gün munisipalitet orqanlarının seçkilərinin ikinci turu keçirilir. Seçkilər , ölkə üzrə 1830 seçki məntəqəsində keçirilir. Səsvermə başlayıb. Seçki Administrasiyası seçkiləri peşəkar, hər kəs üçün əlçatan və sağlamlıq üçün təhlükəsiz mühitdə keçirməyə hazırdır , – bu barədə MSK-nın mətbuat katibi Natia İoseliani Mərkəzi Seçki Komissiyasında keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, seçki məntəqələri saat 07:00-da açılıb və məntəqələrdə sanitar-gigiyena qaydalarına tam riəyyət olunur.
“Səsvermə başlamazdan əvvəl aparılacaq prosedurlar həyata keçirildi. Məntəqələrdə ilk seçicilərin qəbulu saat 08:00-dan başlayıb və hazırda səsvermə prosesi davam edir.
Nəzərinizə çatdırmaq istərdik ki, seçicinin, seçki məntəqəsinə gedərkən Gürcüstan vətəndaşının şəxsiyyət vəsiqəsi və ya Gürcüstan vətəndaşının pasportu üzərində olmalıdır. Seçici termoskrininqdən keçməyəcək , lakin maska taxmaq məcburiyyətində olacaq . Seçicinin maskası olmayacağı təqdirdə, seçki administrasiyası onu maska ilə təmin edəcək. Seçki məntəqəsinə gedincə seçici iki dəfə, qısa müddət ərzində kimliyinin müəyyən edilməsi və qanunvericiliklə müəyyən olunmuş prosedurların yerinə yetirilməsi üçün maskasını çıxarmalı olacaq. Seçici maskasını çıxarmazsa, ona seçki bülleteni verilməyəcək.
Səsvermə günü sağlamlıq və təhlükəsizlik məsələlərinin maksimum dərəcədə təmin edilməsi məqsədilə seçki məntəqəsində uzun müddət olmuş səlahiyyətli şəxslər – komissiya üzvləri, müşahidəçilər, media, subyektin nümayəndələri termoskrininq prosedurundan keçəcəklər “-deyə İoseliani bildirib.
Bununla yanaşı, MSK-nın mətbuat katibinin sözlərinə görə, seçki administrasiyası bütün seçicilərə fərdi qələmlər təqdim edəcək. Seçicilər bu qələmi birdəfəlik istifadə üçün alacaqlar. Səsvermədən sonra seçici qələmi xüsusi qaba yerləşdirəcək.
Seçkilərin ikinci turu beş özünü idarə edən şəhərdə , 15 munisipalitet və 24 seçki dairəsində keçirilir. Vətəndaşlar 20 meri və sakrebulolar üçün 42 majoritar üzv seçəcəklər.
“Həm mer, həm də majoritarın seçildiyi məntəqələrdə seçicilərə iki növ – mer və majoritar seçki bülleteni, digər hallarda isə bir bülleten veriləcək. Tbilisidə seçicilər yalnız Saburtalo seçki dairəsində iki seçki bülleteni alacaqlar , çünki burda merlə yanaşı sakrebulo majoritarını da seçəcəklər.
Gürcüstanda seçkilərin keçirilməsi üçün 1830 seçki məntəqəsi tam hazır vəziyyətə gətirilib, istisna hallar üçün səkkiz , stasionar müalicə müəssisələrində olan şəxslər və təcrid olunmuş seçicilərin seçkilərdə iştirakını təmin etmək üçün isə 29 xüsusi seçki məntəqəsi yaradılıb.
İkinci tur üçün seçicilərin ümumi sayı 2 milyon 88 min 722 nəfərdir. Tbilisidə seçicilərin sayı 1 002 525 nəfərdir, onlardan Krtsanisi seçki dairəsi üzrə qeydiyyatda olan 41 314 seçici elektron texnologiyalardan istifadə etməklə seçkilərdə iştirak edəcək.
Bütün seçki məntəqələrində seçicilər yeni dizaynlı səsvermə kabinələri ilə qarşılanacaq. Səsvermə prosesinin gizliliyini təmin etmək üçün kabinələr ön tərəfdən kəsiləcək. Unutmayın ki, səsvermə gizlidir və səsvermənin məxfiliyini təmin etmək üçün kabinədə şəkil və video çəkmək qadağandır.
Seçki qanunvericiliyinə əsasən, bu gün seçki məntəqəsində təbliğat aparmaq qadağandır. Təbliğat materialının seçki məntəqəsinin girişindən 25 metr məsafədə yerləşdirilməsinə icazə verilmir. Həmçinin seçki məntəqəsindən və ya binadan 100 metr məsafədə seçicilərin hərəkətinə fiziki maneçilik törədilməsi də yolverilməzdir. Eləcə də, 100 metr məsafədə insanların toplanmasına, seçicilərin qeydiyyata alınmasına icazə verilmir.
Həmçinin, televiziya və radioda saat 20:00-dək seçkiqabağı ödənişli və/və ya pulsuz reklamların, seçki subyektlərinin proqramlarının yerləşdirilməsi, seçki məqsədilə avtomatlaşdırılmış telefon danışıqlarının aparılması və qısa mətn mesajlarının göndərilməsi də qadağandır. Bununla yanaşı, seçkilərlə bağlı ictimai rəy sorğusunun nəticələrini saat 20:00-a qədər dərc etmək də qadağandır”, – deyə Natia İoseliani bildirib.