MSK-nın məlumatına əsasən, hazırda xaricdə səsvermə hüququ olan seçicilərin sayı 95 834 nəfər təşkil edir
Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, MSK xaricdə olan seçicilərlə bağlı məlumatları işləyib.
MSK-nın məlumatında qeyd edildiyi kimi, Xarici İşlər Nazirliyi və digər aidiyyəti qurumlardan alınan yenilənmiş məlumatlara əsasən, bu vaxt üçün xaricdə səsvermə hüququ olan seçicilərin sayı 95 834 nəfərdir.
“İctimaiyyətə məlumdur ki, MSK sentyabrın 26-da keçirilən iclasında parlament seçkiləri üçün xaricdə səsvermə hüququ olan 65 508 nəfər üçün 42 ölkədə 60 seçki məntəqəsi yaradıb. Yenilənmiş məlumatlar əsasında isə MSK-nın sabahkı iclasında səsvermənin təmin edilməsi məqsədilə əlavə 30 326 seçici üçün əlavə seçki məntəqələrinin açılması məsələsi müzakirə olunacaq. Xüsusilə, əlavə yeddi məntəqənin açılmasından söhbət gedir. Qeyd edilməsi vacibdir ki, bu, yekun məlumat deyil və hələ də aidiyyatı qurumlarla məlumatlar dəqiqləşdirilir.
Sabah MSK-nın iclasında İsraildə artıq açılmış seçki məntəqəsi ilə bağlı məsələ də müzakirə olunacaq. Bunun əsasında Xarici İşlər Nazirliyindən MSK-ya daxil olan məktub dayanır, məktubda İsraildə Ramat-Qan şəhərində yaranmış vəziyyətlə əlaqəli hallar və risklərdən, bu vəziyyətdə seçki məntəqəsinin fəaliyyəti ilə bağlı məsələlərdən bəhs edilir.
Xatırladaq ki, qanunvericiliyə əsasən, xaricdə seçki məntəqəsi konsulluq qeydiyyatında olan və sayı 50-dən az, 3000-dən çox olmayan seçici üçün yaradılır. Gürcüstanın seçki qanunvericiliyi xaricdə olan Gürcüstan vətəndaşlarının seçkilərdə iştirakı ilə bağlı başqa tənzimləmələri nəzərdə tutmur.
İclasın nəticələri və xaricdəki seçki məntəqələri barədə ətraflı məlumatı iclasdan dərhal sonra ictimaiyyətə təqdim edəcəyik. Bundan əvvəl isə biz bir daha maraqlı tərəfləri xaricdə səsvermə mövzusundan siyasi manipulyasiyalar üçün istifadə etməməyə çağırırıq, çünki bu, seçki mühitinə və seçicilərin maraqlarına ziyan vurur” – MSK-nın məlumatında qeyd olunub.