MSK -nın ilkin nəticələrinə görə,  Tbilisidə "Gürcü Arzusu"  40,3 faiz, "Milli Hərəkat" 27,97 faizə malikdir
MSK -nın ilkin nəticələrinə görə, Tbilisidə "Gürcü Arzusu" 40,3 faiz, "Milli Hərəkat" 27,97 faizə malikdir

Mərkəzi Seçki Komissiyasının ilkin nəticələrinə görə, Tbilisidə Gürcü Arzusu 40.3% (192.772 səs), Milli Hərəkat 27.97% (133.822 səs) toplayıb.

Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, indiyədək 769 seçki məntəqəsinin hamısı sayılıb.

Digər partiyalara gəldikdə, bütün məntəqələr üzrə ilkin nəticələr belədir:

“Qaxariya – Gürcüstan naminə” 8.85% (42.333 səs), “Lelo” – 3.63% (17.349 səs), “Zurab Qirçi Caparidze: Qirçi- daha çox azadlıq” – 3.3% (1.587 səs), “Ana Dolidze – xalq üçün” – 2.57% (12.305 səs), “Aleko Elisaşvili – Vətəndaşlar” – 2.45% (1.1742 səs), “Elene Xoştariya – Droa” – 2.15% (1.265 səs), digər partiyaların 2 faizdən az səsi var.

İlkin məlumatlara görə, bələdiyyə seçkilərinin ikinci turu 64 bələdiyyədən 20 -də keçiriləcək.