MSK xaricdəki seçicilərin seçkilərdə iştirak prosedurları ilə bağlı məlumat yayır
MSK xaricdəki seçicilərin seçkilərdə iştirak prosedurları ilə bağlı məlumat yayır

 
Mərkəzi Seçki Komissiyası xaricdəki seçicilərin seçkilərdə iştirak prosedurları ilə bağlı məlumat yayır.

MSK-da izah etdikləri kimi, xaricdəki Gürcüstan vətəndaşlarının qanunvericilik tənzimləmələri, müvafiq müddət ərzində seçki məntəqələrinin yaradılması və digər prosedurlar haqqında düzgün məlumatlandırılması vacibdir.

2024-cü ilin oktyabrın 26-da Gürcüstanın parlament seçkiləri keçiriləcək. Xaricdəki Gürcüstan vətəndaşlarının seçkilərdə iştirakı və bərabər xidmətlərin göstərilməsi Gürcüstanın Seçki Administrasiyasının prioritetlərindən biridir. Seçki Administrasiyası üçün xaricdəki Gürcüstan vətəndaşlarının qanunvericilik tənzimləmələri, müvafiq müddət ərzində seçki məntəqələrinin yaradılması və digər prosedurlar haqqında düzgün məlumatlandırılması vacibdir.

Seçkilərdə iştirak etmək üçün xaricdəki Gürcüstan vətəndaşı Gürcüstanın konsulluq qeydiyyatında və ya Gürcüstanın qüvvədə olan qanunvericiliyinə uyğun olaraq xaricdə qeydiyyatda olmalıdır.

Konsulluq qeydiyyatı haqqında məlumatı www.geoconsul.gov.ge saytında görə bilərsiniz. Xaricdəki Gürcüstan vətəndaşı konsulluq qeydiyyatında və xaricdə qeydiyyatda olmazsa, onun xaricdə seçki məntəqələrinin yaradıldığı gündən oktyabrın 7-si də daxil olmaqla Gürcüstanın diplomatik nümayəndəliyində, konsulluq müəssisəsində və ya müvafiq dövlətdə yaradılmış məntəqə seçki komissiyasında seçki məqsədləri üçün qeydiyyatdan keçmək imkanı var, bundan sonra da onun seçkilərdə iştirak etmək imkanı olacaq. Xatırladaq ki, Xarici İşlər Nazirliyi tərəfindən konsulluq qeydiyyatında olan Gürcüstan vətəndaşları haqqında verilmiş məlumat əsasında xaricdə seçki məntəqələri seçkilərə ən geci bir ay qalmış (26 sentyabr) 50-dən az və 3000-dən çox olmamaqla seçici üçün açılır.

Xüsusilə qeyd etmək istəyirik ki, xaricdəki Gürcüstan vətəndaşları yalnız yuxarıda qeyd olunan prosedurdan keçdikdən sonra 2024-cü ilin oktyabrın 26-da Gürcüstanın parlament seçkilərində iştirak etmək imkanı əldə edəcəklər. Gürcüstanın seçki qanunvericiliyi xaricdəki Gürcüstan vətəndaşlarının seçkilərdə iştirakı ilə bağlı başqa tənzimləmələri nəzərdə tutmur. O cümlədən, xaricdəki Gürcüstan vətəndaşları tərəfindən Seçki Administrasiyasına göndərilmiş məktub əsasında seçki məntəqəsinin açılmasını” – MSK-nın məlumatında deyilir.

MSK-da dedikləri kimi, Seçki Administrasiyası ötən illərin təcrübəsinə oxşar olaraq, xaricdəki seçicilər üçün 26 oktyabr seçkiləri üçün də onların seçkilərdə iştirakını təmin etmək məqsədilə Gürcüstanın Xarici İşlər Nazirliyi ilə sıx əməkdaşlıq edir.

“Xaricdəki Gürcüstan vətəndaşlarının seçki hüquqları və onların seçkilərdə iştirakı haqqında ətraflı məlumat Seçki Administrasiyasının rəsmi veb saytında (cesko.ge) və sosial şəbəkələrə yerləşdirilib. Müvafiq məlumat çarxı televiziya media vasitəsilə də yayılır. Bundan əlavə, xaricdəki Gürcüstan vətəndaşları öz seçki hüquqları və seçkilər ilə bağlı istənilən məsələ ilə əlaqədar bizimlə əlaqə saxlamaq, veb sayt (cesko.ge) və sosial şəbəkə vasitəsilə bizə yazmaq və ya +995 32 2 51 00 51 əlaqə mərkəzinin nömrəsi ilə bizə zəng etmək imkanına malikdirlər. Seçki Administrasiyası prosesdə iştirak edən tərəfləri xaricdə seçkilərdə iştirakla bağlı yanlış məlumat yaymamağa çağırır. Biz isə xaricdəki seçiciləri, qanunla müəyyən edilmiş qaydada səsvermədə iştirak etmək imkanı əldə etmələri üçün məlumatlandırmağı davam etdirəcəyik” – MSK-nın məlumatında qeyd olunub.