MSK - xaricdə olan seçicilər üçün əlavə yeddi seçki məntəqəsi açılacaq
MSK - xaricdə olan seçicilər üçün əlavə yeddi seçki məntəqəsi açılacaq

Mərkəzi Seçki Komissiyasının qərarına əsasən, oktyabrın 26-da keçiriləcək parlament seçkiləri üçün xaricdə olan seçicilər üçün əlavə yeddi seçki məntəqəsi açılacaq. Müvafiq sərəncam MSK-nın bu gün keçirilən iclasında yekdilliklə qəbul edilib.

Qurumdan verilən məlumata görə, əlavə seçki məntəqələrinin yaradılmasına əsas MSK-nın Xarici İşlər Nazirliyi və digər aidiyyəti qurumlardan xaricdə olan seçicilərə dair yenilənmiş məlumatları olub. Hazırda xaricdə səsvermə hüququ olan seçicilərin sayı 95 834 nəfərdir.

“Seçicilərin sayının artmasına müvafiq olaraq seçki məntəqələri əlavə olaraq Amerika Birləşmiş Ştatlarında – Nyu-Yorkda; Almaniya Federativ Respublikasında – Berlin; İspaniya Krallığında – Barselonada; İtaliya Respublikasında – Romada; Yunanıstan Respublikasında – Afina və Salonikidə; Fransa Respublikasında – Parisdə yaradılıb.

Ümumilikdə 42 ölkədə 67 seçki məntəqəsi xaricdəki seçicilərə xidmət göstərəcək. Məlumat üçün bildirək ki, qanunvericiliyə əsasən, xaricdə seçki məntəqəsi konsulluq qeydiyyatında olan 50-dən az, 3000 seçici üçün yaradılır. Gürcüstanın seçki qanunvericiliyi xaricdə yaşayan Gürcüstan vətəndaşlarının seçkilərdə iştirakı ilə bağlı başqa tənzimləmələr nəzərdə tutmur”, – MSK tərəfindən yayılan məlumatda deyilib