MSK ilə yerli müşahidə təşkilatları arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb
Mərkəzi Seçki Komissiyası ilə yerli qeyri-hökumət təşkilatları arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb.
MSK-nın yaydığı məlumatında deyildiyi kimi, sənədi imzalayan tərəflər Seçki Məcəlləsinin inzibati resurslara dair 45, 48 və 49-cu maddələrinin vahid tərifi ilə razılaşırlar və İnzibati və məhkəmə icraatı zamanı onlar memorandumda göstərilən izahatlardan istifadə edəcəklərini təsdiqləyirlər.
MSK sədrinin müavini Qiorqi Şarabidzenin bildirdiyi kimi, bu, 2010-cu ildən təsis edilən mühüm təcrübədir və ondan sonra keçirilən bütün ümumi seçkilərdə ənənəyə çevrilib, O, inzibati resurslardan istifadə ilə bağlı məsələlərin vahid qavranılmasına və ümumiyyətlə, seçki mühitinin yaxşılaşdırılmasına töhfə verir.
Memorandumu oktyabrın 26-da keçiriləcək seçkilərdə qeydiyyatdan keçmiş yerli müşahidə təşkilatlarının bir hissəsi bu gün imzalayıb. Hərçənd, sənədlərin imzalanması açıq olacaq və qeydiyyatdan keçdikdən sonra hər kəsin buna qoşulmaq imkanı olacaq.