MSK elektron texnologiyalardan istifadə edilməklə səsvermənin keçirildiyi 103 seçki məntəqəsinin ilkin nəticələrini dərc edir
MSK elektron texnologiyalardan istifadə edilməklə səsvermənin keçirildiyi 103 seçki məntəqəsinin ilkin nəticələrini dərc edir

 
Mərkəzi Seçki Komissiyası elektron texnologiyalardan istifadə edilməklə səsvermənin keçirildiyi 103 seçki məntəqəsinin göstəriciləri əsasında ilkin nəticələri dərc edir.

“Qurcaani halında “Gürcü Arzusu – Demokratik Gürcüstan” vətəndaşlar siyasi birliyi tərəfindən irəli sürülən namizəd Qiorqi Machavariani 14450 səs toplayıb, parlament aralıq seçkiləri hissəsində isə Qori-Kaspinin 15-ci majoritar dairəsində belə bir mənzərə var: “Sosial Ədalət Uğrunda” Gürcüstan vətəndaşlar siyasi hərəkatı tərəfindən irəli sürülən namizəd Mamuka Tuskadze 1344 səs toplayıb, bu da iştirakçıların 6,59%-ni təşkil edir. “Gürcü Arzusu – Demokratik Gürcüstan” vətəndaşlar siyasi birliyi tərəfindən irəli sürülən namizəd Qiorqi Sosiaşvili 19 032 səs toplayıb, bu da 93,4 faizdir”-deyə MSK-nın sədri Qiorqi Kalandarişvili keçirilmiş brifinqdə açıqlayıb.

O bildirib ki, elektron hesablama ilə yanaşı, komissiyalar nəticələri əlavə olaraq əl ilə hesablayacaqlar, bu da Kalandarişvilinin təbirincə, mühüm etibarlılıq mexanizmidir və bundan sonra yekunlaşdırıcı akt tərtib olunacaq.

Qiorqi Kalandarişvilinin açıqlamasına əsasən, bugünkü seçkilər seçki administrasiyasının, seçicilərin və cəmiyyətin elektron seçkilərə hazırlığının təmin olunduğunu sübut edib.

MSK-dan verilmiş məlumatda qeyd olunduğu üzrə, seçkilərdə 43330 nəfər iştirak edib, bu da seçicilərin ümumi sayının 23,51 faizini təşkil edir. O cümlədən Qori və Kaspidə 25 627, Qurcaanidə 17 703 seçici seçkilərdə iştirak edib.