MSK-da Zaza Qoqavanın “Milli Hərəkat”ın seçki siyahısından soyadının çıxarılmasını tələb etməsi ilə bağlı məlumatı təsdiqləyirlər
“Birlik-Milli Hərəkat”ın üzvü Zaza Qoqava soyadının MSK-ya təqdim edilmiş seçki siyahısından çıxarılması tələbi ilə Mərkəzi Seçki Komissiyasına müraciət edib.
Sözügedən məlumatı Mərkəzi Seçki Komissiyasında Gürcüstanın Birinci Kanalına təsdiqləyiblər.
MSK-da dedikləri kimi, Zaza Qoqava sentyabrın 27-də MSK-ya ərizə verib və partiyalar oktyabrın 10-dək siyahıda dəyişiklik edə bilərlər.
“Gürcüstanın qanunvericiliyinə əsasən, parlament üzvlüyünə namizədin seçkilərdə iştirakdan imtina etmək hüququ var. Bildiyiniz kimi, hazırda Mərkəzi Seçki Komissiyasında partiya siyahılarının qeydiyyatı aparılır, müvafiq olaraq partiya siyahılarının qeydiyyatı prosesində qeyd olunan ərizə nəzərə alınacaq” – MSK-da bildirirlər.
Bundan əvvəl, sentyabrın 27-də Əhməd İmamquliyev onun razılığı olmadan “Milli Hərəkat”ın onun soyadını parlament siyahısına daxil etdiyini bildirmiş və partiya sədrindən onun soyadının dərhal seçki siyahısından çıxarılmasını xahiş etmişdi.