MSK - Bu gün yenidən sayma mərkəzlərində bülletenlər yenidən hesablanacaq
Bu gün dairə seçki komissiyaları öz iclaslarını keçirdi və qanunvericiliyə uyğun olaraq, təsadüfi seçmə yolu ilə hər bir seçki dairəsi üzrə seçki məntəqələri müəyyən edilib, onların nəticələri yenidən hesablanmalıdır, – deyə MSK-nın mətbuat katibi Natia İoseliani bildirib.
Onun sözlərinə görə, yenidən sayma prosesində səlahiyyətli şəxslər iştirak edə və müşahidə edə bilərlər.
“Dünən MSK sədri dairə seçki komissiyalarına məcburi 5 seçki məntəqəsi əvəzinə 7-7 seçki məntəqəsinin müəyyən edilməsi təşəbbüsü və tövsiyəsi ilə müraciət edib. Yenidən sayma prosesi bu gün saat 17:00-da yenidən sayma mərkəzlərində başlayacaq və təbii ki, biz bu prosesin ictimailəşdirilməsini və video çəkilişini təmin edəcəyik. Yenidən səslərin sayılması prosesində səlahiyyətli şəxslər: müşahidəçilər, seçki subyektlərinin nümayəndələri və kütləvi informasiya vasitələri iştirak edə və müşahidə edə bilərlər. Biz onları qanunvericiliyə uyğun olaraq hüquq və vəzifələrini həyata keçirməyə, səslərin təkrar hesablanması prosesinin sakit və konstruktiv şəraitdə keçirilməsində seçki administrasiyasına köməklik göstərməyə çağırırıq. Yenidən sayma mərkəzlərində sağlamlıq təhlükəsizliyi üçün zəruri olan birgə qaydalar tam nəzərə alınacaq. İşlənmiş məlumatlar, eləcə də bülletenlərin sayılması prosesinin videogörüntüləri ən qısa zamanda MSK-nın rəsmi internet saytında yerləşdiriləcək. Onu da qeyd edirəm ki, Krtsanisi seçki dairəsində səsvermə elektron texnologiyadan istifadə edilməklə aparıldığı üçün səslərin yenidən sayılması baş tutmayacaq”, – deyə İoseliani bildirib.