MSK - 26 oktyabr seçkiləri üçün xaricdə əvvəlki seçkilərin heç birində seçki məntəqəsinin olmadığı ölkələrdə belə seçki məntəqələri açılır
MSK - 26 oktyabr seçkiləri üçün xaricdə əvvəlki seçkilərin heç birində seçki məntəqəsinin olmadığı ölkələrdə belə seçki məntəqələri açılır

 
Mərkəzi Seçki Komissiyası bugünkü iclasda 26 oktyabr parlament seçkiləri üçün xaricdə seçki məntəqələrinin yaradılması məsələsini müzakirə edəcək.

MSK-da bəyan etdikləri kimi, qanunvericiliyə uyğun olaraq, Seçki Administrasiyası ölkədən kənarda konsulluq qeydiyyatında olan 65 508 səsvermə hüququna malik Gürcüstan vətəndaşı haqqında Xarici İşlər Nazirliyindən yenilənmiş məlumatları alıb.

MSK-nın mətbuat katibi, Natia İoselianinin brifinqdə bəyan etdiyi kimi, əvvəlki seçkilərin heç birində seçki məntəqəsinin olmadığı ölkələrdə belə seçki məntəqələri açılır.

“Bu məlumatlara əsasən, bugünkü iclasda 42 ölkədə 60 seçki məntəqəsinin açılması məsələsi müzakirə olunacaq. 26 oktyabr parlament seçkiləri üçün xaricdə 2020-ci ilin parlament seçkilərində olduğundan daha çox məntəqənin açılması əlamətdardır. Həmçinin, əvvəlki parlament seçkilərində və ya ümumiyyətlə əvvəlki seçkilərin heç birində seçki məntəqəsi olmayan ölkələrdə belə açılır. Bu ölkələrə daxildir: Birləşmiş Ərəb Əmirlikləri, Finlandiya Respublikası, Koreya Respublikası, Yaponiya, Avstraliya İttifaqı.

İctimaiyyətə xatırlatmaq istərdik ki, qanunvericiliyə əsasən, xaricdə sayı 50-dən az, 3000-dən çox olmamaq şərti ilə konsulluq qeydiyyatında olan seçicilər üçün seçki məntəqəsi yaradılır. Gürcüstanın seçki qanunvericiliyi xaricdə olan Gürcüstan vətəndaşlarının seçkilərdə iştirakı ilə bağlı başqa tənzimləmələri nəzərdə tutmur. Lakin, Seçki Administrasiyası tərəfindən dəfələrlə verilmiş bəyanatlara, izahatlara baxmayaraq, son vaxtlarda maraqlı tərəflər tərəfindən məsələnin hüquqi müstəvidən siyasi məkana daşınması və seçiciləri çaşdırmaq cəhdi olub.

Məhz bu səbəbdən, biz bir daha iştirakçı tərəfləri seçiciləri siyasi maraqlardan irəli gələrək çaşdırmamağa və sağlam seçki mühitinə kömək etməyə çağırırıq. Öz növbəsində, Seçki Administrasiyası ictimaiyyətin seçki məsələləri ilə bağlı düzgün və vaxtında məlumatlandırılmasını, müxtəlif mühüm seçki məsələləri ilə bağlı heç bir sual işarəsi və manipulyasiya üçün əsas olmaması üçün proseslərin şəffaf idarə olunmasını təmin edir. Bugünkü iclasın nəticələri və xaricdə seçki məntəqələri haqqında iclas başa çatan kimi ictimaiyyətə ətraflı məlumat verəcəyik – MSK-da bildiriblər.