Mövsümi qripə qarşı pulsuz peyvəndləmə davam edir
Mövsümi qripə qarşı pulsuz peyvəndləmə davam edir

 
Mövsümi qripə qarşı pulsuz peyvəndləmə davam edir. Gürcüstanın Səhiyyə Nazirliyi dövlət immunlaşdırma proqramı çərçivəsində istəyən hər kəsin ölkə miqyasında peyvənd olmaq imkanının olduğuna dair məlumat yayır.

Səhiyyə Nazirliyindən verilmiş məlumatda ilk mərhələdə xəstəliyin ağırlaşma riskinin yüksək olduğu qruplara pulsuz peyvənd vurulduğu deyilir.

“Proqram genişləndirilib, hətta risk qrupuna aid olmayanlar da mövsümi qripə qarşı pulsuz peyvənd olmaq imkanı əldə ediblər. Səhiyyə Nazirliyi dövlət immunlaşdırma proqramı üçün Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tövsiyə edilənlərdən və qrip mövsümündə sirkulyasiya etməsi gözlənilən ştammlara uyğunlaşdırılmış 200 000 doza Abbott Biologicals B.V.-nin dördkomponentli peyvəndini satın alıb.

Peyvəndləmə bu xidməti göstərən istənilən tibb müəssisəsində altı aylıq yaşdan etibarən mümkündür və benefisiarlar üçün tamamilə pulsuzdur. Müəssisələrin siyahısı ilə keçiddə tanış olmaq olar” – Səhiyyə Nazirliyinin məlumatında deyilir.