Mövsümi qripə qarşı peyvəndləmə noyabrın 22-dək istəyən hər kəs üçün pulsuz olacaq
Mövsümi qripə qarşı peyvəndləmə noyabrın 22-dək istəyən hər kəs üçün pulsuz olacaq

 

Mövsümi qripə qarşı peyvəndləmə noyabrın 22-dək istəyən hər kəs üçün pulsuz olacaq. Bu barədə məlumat Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin saytında dərc olunub.

Ölkə miqyasında mövsümi qrip əleyhinə peyvəndləmə 6 aylıq yaş həddindən etibarən pulsuzdur. İstəyi olan hər kəs peyvəndləmə prosesinə qoşulmuş 400-ə yaxın tibb müəssisəsində xidmət görəcək.

İmmunlaşdırma Dövlət Proqramı çərçivəsində Gürcüstan 200 min doza Sanofi Pasteur istehsalı dördkomponentli peyvənd satın alıb, sözü gedən peyvənd ÜST-nin tövsiyə etdiyi peyvəndlərdən biridir.

Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Mərkəzi sentyabrın sonunda peyvəndləmə prosesinə başlayıb. Birinci mərhələdə xəstəliyin ağırlaşma riski yüksək olan şəxslərə xidmət göstərilib. Noyabrın 22-dək peyvəndləmə istəyən hər kəs üçün pulsuz olacaq.