Mövlut Çavuşoğlu - Aİ-nin genişlənməsi Balkanlardan Gürcüstana qədər uzanmalıdır
Avropa İttifaqının genişlənməsi Balkanlardan Gürcüstana qədər uzanmalıdır-bu barədə Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu Buxarestdə, NATO ministerialı çərçivəsində cari konfransda çıxışı zamanı açıqlayıb.
O, Avropanın yeni təhlükəsizlik siyasətini təmin etmək üçün birliyin zəruri olduğunu açıqlayıb.
“Avropanın yeni təhlükəsizliyini təmin etmək üçün birlik ruhunu yenidən kəşf etməliyik. Bu baxışın təbii uzantısı Aİ-nin genişlənməsi perspektivini canlandırmaqdır. Aİ-nin genişlənməsi Balkanlardan Gürcüstana, o cümlədən Ukrayna və Moldovaya qədər uzanmalıdır. Və bu region ölkəm -Türkiyəsiz bütöv ola bilməz” -deyə Türkiyənin xarici işlər naziri açıqlayıb.