Mövlud Çavuşoğlu Türkiyədə mədən faciəsinə ifadə etdiyi dəstəyə görə, İliya Darçiaşviliyə təşəkkürünü bildirdi
Türkiyə Xarici İşlər naziri, Mövlud Çavuşoğlu gürcü həmkarı İlya Darçiaşviliyə Türkiyənin Bartını vilayətindəki kömür mədənində baş verən faciə ilə bağlı ifadə etdiyi dəstəyinə görə təşəkkürünü bildirdi.
Bu barədə Türkiyə Xarici İşlər naziri öz “tvitter” səhifəsində yazdı, harada da həmkarının ifadə olunduğu başsağlığına əks səda verdi.
“Əziz İliya, həmrəylik və başlağlığıəna görə təşəkkürlər”, – Mövlud Çavuşoğlu yazır.
Ona qədər, Xarici İşlər naziri İliya Darçiaşvili rəsmi “tvitter” səhifəsində Türkiyə mədənində baş verən faciəli hadisəyə əks səda verdi.
“Türkiyənin Bartın vilayətində kömür mədənində baş verən, ölümlə nəticələnən qəza məni çox kədərləndirdi. Fikirlərimlə bu faciə nəticəsində həlak olan və xəsarət alanların yanındayam. Türkiyə hökumətinə və türk xalqına bu çətin dövrü aşmaqda əzm arzulayıram”, – İliya Darçiaşvili yazır.