Mövlud Çavuşoğlu - Türkiyə-Gürcüstan iqtisadi əlaqələrinin Gürcüstan üçün mümkün qədər faydalı olacaq şəkildə balanslaşdırılmalı olması düşüncəsindəyik
Mövlud Çavuşoğlu - Türkiyə-Gürcüstan iqtisadi əlaqələrinin Gürcüstan üçün mümkün qədər faydalı olacaq şəkildə balanslaşdırılmalı olması düşüncəsindəyik

 

Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu, gürcü həmkarı İlia Darçiaşvili ilə görüşdə iki ölkənin gündəliyinin cari məsələlərinin müzakirə edildiyini bildirib.

O, tərəflərin Gürcüstan və Türkiyə arasında strateji tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin mühüm məsələlərini müzakirə etdiyini bildirib.

Bununla yanaşı, Mövlud Çavuşoğlu iki ölkə arasında iqtisadi sahədəki mövcud əməkdaşlığa və bu istiqamətdə işlərin aktivləşməsinə diqqət çəkib.

“Bu gün Türkiyə Respublikasında, İstanbul şəhərində Gürcüstanın xarici işlər naziri, hörmətli həmkarım, cənab İlia Darçiaşvilini qəbul etmək şərəfinə nail oldum. Bu, çox vacib səfərdir, çünki o, Gürcüstanın xarici işlər naziri kimi Türkiyə Respublikasına ilk rəsmi səfərini etdi və mən onu qəbul etməkdən şadam. Ona dərin hörmətimi bir daha təsdiq edirəm. Dost və mehriban ölkəniz adından xoş gəlmisiniz. Lakin bu mənim cənab İlia ilə ilk görüşüm deyil. Onun vəzifəyə təyin edilməsindən üç gün sonra NATO sammitində görüşmək şərəfinə nail olduq və mühüm məsələləri müzakirə etmək imkanımız oldu.

Ötən il biz iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının yüz illiyini qeyd etdik və bu il də çox vacib tarixdir. Biz iki ölkə arasında diplomatik münasibətlərin bərpasının 30-cu ildönümünü qeyd edirik. Bugünkü görüşlərdə istər üzbəüz, istərsə də nümayəndə heyətləri arasında geniş tərkibdə keçirilən görüş çərçivəsində iki ölkənin gündəliyinin aktual məsələlərini müzakirə etmək və müəyyən razılıqlar əldə etmək imkanımız oldu.

Bu baxımdan ölkələrimiz arasında strateji tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin son dərəcə mühüm məsələlərini müzakirə etməyimiz vacib idi. Biz Gürcüstan və Türkiyə arasında iqtisadi əlaqələrə böyük önəm veririk.

Bildiyiniz üzrə, ticarət dövriyyəmiz kifayət qədər miqyaslı və heyran edicidir. Ötən il bu, iki milyard dolları aşıb, lakin ölkələrimizin rəhbərlərinin görüşü çərçivəsində liderlərimiz bu il və yaxın gələcəkdə ticarət dövriyyəsinin üç milyard dolları keçməsini qarşıya məqsəd qoyublar. Hesab edirəm ki, bu baxımdan əməkdaşlığımızı və işləri aktivləşdirməliyik .

İki ölkə arasında əməkdaşlıq baxımından mövcud mexanizmlərin olduqca vacib olduğunu düşünürəm. O cümlədən azad ticarət mexanizmi xüsusilə vurğulanasıdır. Fikrimizcə, azad ticarət mexanizmi daha fəal olmalıdır və onun faydalılığını artırmaq və iki ölkənin maraqları üçün daha yaxşı nəticələr əldə etmək istiqamətində müəyyən dəyişikliklər daxil edilə bilər. Bu baxımdan yaxın vaxtlarda qarışıq iqtisadi komissiyanın iclasını keçirməyi planlaşdırırıq. Şübhəsiz, ticarət dövriyyəsi və ya iqtisadi əlaqələrdən danışarkən bu iqtisadi əlaqələrin hər iki ölkə üçün qarşılıqlı faydalı olması son dərəcə vacibdir. Bu baxımdan, hazırda vəziyyətin daha çox Türkiyənin lehinə olduğunu düşünürük və qeyd olunan münasibətlərin Gürcüstan üçün maksimal olaraq faydalı olacaq şəkildə balanslaşdırılmalı olması düşüncəsindəyik. Müvafiq olaraq, bu istiqamətdə fəaliyyətimizi aktivləşdirməyə hazırlaşırıq”- deyə Mövlud Çavuşoğlu Gürcüstanın xarici işlər naziri ilə birgə keçirlən mətbuat konfransında bildirib.