Mövlud Çavuşoğlu - regiondakı mövcud vəziyyəti nəzərə almaqla, Gürcüstanın “3+3” formatı ilə bağlı mövqeyi aydındır, lakin bu mərhələdə biz “3+2” formatında danışıqları davam etdiririk
Mövlud Çavuşoğlu - regiondakı mövcud vəziyyəti nəzərə almaqla, Gürcüstanın “3+3” formatı ilə bağlı mövqeyi aydındır, lakin bu mərhələdə biz “3+2” formatında danışıqları davam etdiririk

 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu gürcü həmkarı İlia Darçiaşvili ilə görüşdən sonra keçirilən mətbuat konfransında 3+3 formatı haqqında da danışıb.

O, Gürcüstanın sözügedən formatla bağlı mövqeyinin aydın olduğunu və bu mərhələdə formatda iştirak edən ölkələrin “3+2” formatında danışıqlar apardığını bildirib.

“Bildiyiniz üzrə, regionda sülhün nəhayət ki bərqərar olması və sabitliyin möhkəmlənməsi istiqamətində böyük səylərimiz var və Gürcüstan da bu prosesdə fəal iştirak edir. Biz olduqca vacib mexanizmlər həyata keçiririk. Bu nöqteyi nəzərdən Gürcüstan, Türkiyə və Azərbaycan arasında əməkdaşlıq mexanizmləri vacibdir. Bildiyiniz üzrə, regiondakı mövcud vəziyyəti nəzərə almaqla, Gürcüstanın “3+3” formatı ilə bağlı mövqeyi aydındır, lakin bu mərhələdə biz “3+2” formatında regiondakı cari proseslərlə bağlı danışıqları davam etdiririk”- deyə Mevlüt Çavuşoğlu bildirib.