Mövlud Çavuşoğlu – Bəzi Qərb ölkələri bizə deyirlər ki, Gürcüstana çox təzyiq göstərməyin, çünki Rusiyaya görə 3+3 formatında iştirak etmək istəmir
“Bəzi Qərb ölkələri bizə deyirlər ki, Gürcüstan Rusiyaya görə 3+3 formatında iştirak etmək istəmir, ona görə çox təzyiq göstərməyin”, – Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
“Bəzi Qərb ölkələri Gürcüstanın 3+3 formatında iştirakına qarşıdır. Bizə də deyirlər ki, Rusiyaya görə Gürcüstan bu formatda iştirak etmək istəmir. Biz də təzyiq edə bilmərik. Lakin biz Gürcüstanı bu formatda iştirak etməyə çağırırıq, çünki Gürcüstan və Rusiya arasında real dialoqa başlamaq imkanı var”, – Çavuşoğlu bildirib.
3+3 formatı çərçivəsində ilk görüş dekabrın 10-da Moskvada keçirilib. İclasda Türkiyə, Rusiya, İran, Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin müavinlərinin başçılıq etdiyi nümayəndə heyətləri iştirak ediblər. Görüşdən bir gün əvvəl Gürcüstan Xarici İşlər Nazirliyi bəyanatla çıxış edib, Gürcüstanın 3+3 formatında keçiriləcək görüşdə təmsil olunmayacağını bildirib. Agentliyin məlumatına görə, Gürcüstan bu formatda iştirak etməyi düşünməyəcək.