Mövlud Çavuşoğlu - Azərbaycanın xarici işlər naziri mənimlə söhbətində erməni həmkarı ilə Tbilisidə keçirilən görüşdən və əldə olunan nəticələrdən son dərəcə razı qaldığını vurğuladı
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Azərbaycanın birinci diplomatı Ceyhun Bayramovun onunla söhbətində erməni həmkarı Ararat Mirzoyan ilə Tbilisidə keçirilən görüşdən və sözügedən görüşdə əldə olunan nəticələrdən razı qaldığını açıqladığını bildirib.
Mövlud Çavuşoğlu gürcü həmkarı İlia Darçiaşvili ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında , Ermənistan və Azərbaycanın birinci diplomatlarının Gürcüstanda keçirilmiş görüşünün vacib hadisə olduğunu bildirib.
“Son dövrlərdə inkişaf edən hadisələrdən biri, belə ki, Gürcüstanda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünün keçirilməsi olduqca vacibdir. Mən qardaş respublikanın, Azərbaycanın naziri Ceyhun Bayramovla şəxsən danışdım, o, mənimlə şəxsi söhbətində bu görüşdən və görüşdə əldə olunan nəticələrdən son dərəcə razı qaldığını bildirdi. Bunlar Gürcüstan və region ölkələrinin, eləcə də Türkiyənin iştirakı ilə regionda sülhün möhkəmlənməsinin ən mühüm məsələləridir. Bundan irəli gələrək, bu istiqamətdə birgə səylərimiz daha da aktivləşəcək”- deyə Mövlud Çavuşoğlu bildirib.