Mövcud məlumata əsasən, baş nazir vəzifəsinə İrakli Kobaxidze təqdim olunacaq, İrakli Ğaribaşvili isə partiya sədri vəzifəsini tutacaq
Hökumət başçısı vəzifəsinə İrakli Kobaxidze təqdim olunacaq, İrakli Ğaribaşvili isə partiya sədri vəzifəsini tutacaq-bu haqda “İmedi” məlumat yayır.
“İmedi”nin eksklüziv məlumatına əsasən, yanvarın 24-də “Gürcü Arzusu” partiyasının siyasi şurasının iclası keçirilib. İclasda partiyanın qurultayının fevralın 1-də keçirilməsi qərara alınıb.
“Bizdə olan məlumata əsasən, partiyanın hazırki sədri İrakli Kobaxidze hökumət başçısı vəzifəsinə təqdim olunacaq, hazırki baş nazir İrakli Ğaribaşvili partiyanın sədri vəzifəsini tutacaq.
Bundan başqa, İrakli Kobaxidze “Gürcü Arzusu” partiyasının siyasi katibi vəzifəsini də tutacaq” – “İmedi”nin yaydığı məlumatda qeyd olunur.