Moskvanın mərkəzində rus müxalifətçisi, Aleksey Navalnini yaxaladılar (video)
Moskvanın mərkəzind rus müxalifətçisi, Aleksey Navalnini yaxaladılar. Bu barədə məlumatı “Dojd” teleşirkəti yayır. Aleksey Navalnini aksiyada göründükdən bir neçə dəqiqə sonra həbs etdilər.
Aksiyalar demək olar ki, bütün ölkə ərazisində keçirilib. Artıq Uzaq Şərqdəki etirazlar başa çatıb. Burada şiddətli şaxtalara rəğmən aksiyalar baş tutub.
Əksər şəhərlərdə aksiyalara yerli administrasiyalar tərəfindən izn verilməyib. Samara, Kemerova, Cənubi Saxalin kimi şəhərlərdə Navalnı tərəfdarları həbs edilib.
İlkin məlumatlara görə, həbs olunanların sayı 19 nəfəri keçib. Ən çox həbs Kemerova şəhərində qeydə alınıb. Burada Navalnının yerli qərargahının koordinatoru Kseniya Paxomova da daxil olmaqla, 15 nəfər saxlanılıb. Bundan başqa, İrkutsk şəhərində bir, Samarada isə minimum 3 nəfərin saxlanıldığı bildirilib. Çelyabinskdə isə polis mitinqə yaşı 18-dən az olanları buraxmaqdan imtina edib.