Moskvada Vladimir Putin və Nikol Paşinyanın qısa müddətdə müxtəlif məsələləri, o cümlədən Rusiya sərhədçilərinin çıxarılmasını şəxsən müzakirə edə biləcəkləri elan olunur
Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan qısa müddətdə müxtəlif məsələləri, o cümlədən Rusiya sərhədçilərinin çıxarılmasını şəxsən müzakirə edə biləcəklər, – bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Kremlin mətbuat katibinin sözlərinə görə, Ermənistan Rusiya sərhədçilərinin çıxarılması təşəbbüsü barədə açıqlama verməyib.
Ermənistan-Rusiya ikitərəfli əməkdaşlığı çərçivəsində Tavuş vilayətində Azərbaycanla sərhəddə Rusiya sərhəd məntəqələri 2021-ci ildə yerləşdirilib.
Qeyd edək ki, Nikol Paşinyan bir qədər əvvəl bildirib ki, Ermənistan hakimiyyəti keçmiş Ermənistan Sovet Sosialist Respublikasının hüdudlarından kənara çıxan yolun əvəzinə Azərbaycanla sərhəddə yolun yeni hissələrinin tikintisini planlaşdırır. Ermənistanın baş naziri ölkənin Şimal-Şərq bölgəsində Tavuş vilayətinin Voskepar kəndi yaxınlığında yolun Ermənistan SSR ərazisindən keçməyən hissəsi olduğunu xüsusi ilə qeyd edib.