Moskvada müxalifət lideri Aleksey Navalni və qərargahının rəhbəri həbs edildilər
Moskvada müxalifət lideri Aleksey Navalni və qərargahının rəhbəri Leonid Volkov həbs edildilər.
Bu barədə məlumatı həbs edilən müxalifətçilərinin özləri “Tvitterdə” yayırlar.
Onların yaydığı məlumata görə, Navalni stomatoloji klinikadan çıxarkən həbs edildi, onun həm-partiyalıı isə, Şeremetyevo hava limanında.
Xatırladaq ki, Fevralın əvvəlində, “Doiçe Velle” ilə müsahibəsində Aleksey Navalni ehtimal etmişdi ki, fevralın 17-də onu həbs edəcəklər və martın 18-də prezident seçkiləri başa çatandan sonra azad edəcəklər. İki gün bundan əvvəl Şeremetyevo hava limanında Navalni tərəfindən təsis edilən, korrupsiyaya qarşı mübarizə fondunun direktoru Roman Rubanov həbs edildi.
Yanvarın 28-də, Aleksey Navalninin təşkilatçılıöı ilə,Rusiyanın onlarla şəhərlərində etiraz aksiyaları keçirilirdi. Aksiyalar zamanı 350 nəfər həbs edildi.