Moskvada Aleksey Navalninin həyat yoldaşı həbs edildi.
Bu haqda məlumatı “Exo Moskvı” yayır.
Medya vasitələrinin məlumatına görə, Yuliya Navalnaya həyat yoldaşını dəstəkləmək üçün etiraz aksiyasında iştirak etməyə getdi və hüquqmühafizəçilər tərəfindən həbs edildi.
Aleksey Navalnının azad edilməsi tələbi ilə aksiyalar Rusiyanın müxtəlif şəhərlərində keçirilir.
Moskvada 200-ə qədər aktivist həbs olunub. Rusiya miqyasında isə, 800 demonstrant həbs olunub.