Moskva Məhkəməsi Aleksey Navalniyə 30-günlük administrativ həbs cəzası verdi
Moskva məhkəməsi müxalifətçi Aleksey Navalniya mayın 5-də keçirilən etiraz aksiyalarına görə, 30 günlük həbs cəzası verdi.
Navalninin özü ona qarşı irəli sürülən qeyri-sanksiyalı aksiya haqqında ittihamları gülməli adlandırdı.
“Mən Rusiya vətəndaşıyam və qanun çərçivəsində öz fikrimi bildirmək üçün əlavə qanunlara ehtiyacım yoxdur” – dedi Navalni.
Navalninin dediyinə görə, Moskva meriyası ona mitinq keçirmək üçün yaxşı yer vermədi. Naməlum şəxslər gəlib, aksiya iştirakçılarına hücum edənə qədər isə, etiraz aksiyası sakit şəkildə davam edirdi.
Xatırladaq ki, mayın 5-də, Vladimer Putinin inauqurasiyasından iki gün əvvəl Rusiyanın 100-ə qədər şəhərində “Putin bizim kralımız deyil” lozunqlu etiraz aksiyaları keçirildi.