Moskva Dövlət Universitetinin ümumi yataqxanasında yanğın baş verib
Moskva Dövlət Universitetinin ümumi yataqxanasında yanğın baş verib

 
Moskva Dövlət Universitetinin ümumi yataqxanasında yanğın baş verib.

Rus mediasının yazdığı üzrə, yanğın ümumi yataqxananın 9-cu mərtəbəsində baş verib və binadan insanlar təxliyyə edilib.

Hadisənin şahidləri pəncərədən qara tüstü çıxdığını görüblər.

Bununla yanaşı, daha sonra “TASS”a bildiriblər ki, fövqəladə hallar xidmətinin nümayəndələri yanğını söndürə biliblər.

İlkin məlumatlara əsasən, xəsarət alan olmayıb.