"Moody's" kredit reytinq şirkətinin baş analitiki - Bizim ssenari ilə, Gürcüstan iqtisadiyyatı güclü templə böyüməyə davam edir, bu da bankların əməliyyat mühitinə kömək edəcək
"Moody's" kredit reytinq şirkətinin baş analitiki - Bizim ssenari ilə, Gürcüstan iqtisadiyyatı güclü templə böyüməyə davam edir, bu da bankların əməliyyat mühitinə kömək edəcək

 
Bizim baza ssenarimizlə, Gürcüstan iqtisadiyyatı güclü templə böyüməyə davam edir, bu da bankların əməliyyat mühitinə kömək edəcək – bu haqda “Moody’s” kredit reytinq şirkətinin baş analitiki Aleksis Filipides Gürcüstanın Milli Bankı tərəfindən təşkil olunmuş ipoteka ilə təmin olunmuş istiqrazlar üzrə konfransda bildirib.

O, sabit əməliyyat mühitinin Gürcüstanın bank sektorunun aktivlərinin gəlirliliyinə kömək etdiyini deyib.

“Son illərdə Gürcüstanın bank sektorunda aktivlərin keyfiyyəti və gəlirliliyi baxımından kifayət qədər müsbət hadisələrin şahidi olduq, kifayət qədər əlverişli əməliyyat mühiti buna kömək etdi. Əlbətdə, müəyyən risklər, o cümlədən geosiyasi risklər var, lakin bu risklər baş verməsə, gürcü bankları əvvəlki illərdə də fərqləndikləri öz sabitliyini qoruyub saxlayacaq ” – Aleksis Filipides qeyd edib.

O, Gürcüstanın Milli Bankının çox fəal və iştirakçı tənzimləyici olmasının bank sektoru üçün əsas müsbət cəhətlərdən biri olduğunu deyib.

“Gürcüstanın Milli Bankı sektorda lariləşməni yaxşılaşdırmaq və riskləri yumşaltmaq üçün bir sıra tədbirlər həyata keçirib” – Aleksis Filipides qeyd edib.

Məlumatı Gürcüstanın Milli Bankı yayır.