“Tbilisi İpək Yolu Forumu” çərçivəsində Monteneqronun Baş naziri Gürcüstanda səfərdədir
Gürcüstan hökumətinin məlumatına görə, Tbilisi Beynəlxalq Hava Limanında Monteneqronun Baş nazirini Gürcüstanın regional inkişaf və infrastruktur naziri İrakli Karseladze qarşılayıb.
Dritan Abazoviç nümayəndə heyəti ilə ölkəyə səfər edib. Sabah “Tbilisi İpək Yolu Forumu”nun rəsmi açılışı olacaq.