Monteneqroda, ABŞ səfirliyinin yanında naməlum şəxs özünü partlatdı
Monteneqronun paytaxtı Podqoritsada, ABŞ səfirliyinin binasının qabağında naməlum bir şəxs öncə partlayıcı maddə atdı, sonra da özünü partlatdı.
Bu barədə məlumatı Reuters agentliyi Monteneqro iqtidarının məlumatına əsasən yayır.
Baş verən hadisə ilə bağlı istintaq aparılır.
ABŞ-ın diplomatik missiyası öz vətəndaşlarına xəbərdarlıq edir ki, vəziyyətin təfərrüatları məlum olana qədər səfirliyə getməkdən baş qaçırdsınlar.