Monqolustanda, Rusiyadan enerji asılılığına görə Vladimer Putini həbs etmədiklərini bildirirlər
Monqolustanda, Rusiyadan enerji asılılığına görə Vladimer Putini həbs etmədiklərini bildirirlər

 
Monqolustan Beynəlxalq Cinayət Məhkəməsinin Rusiyanın Prezidenti Vladimer Putinin həbsinə dair qərarına ona görə əməl etməyib ki, ölkə enerji baxımından Rusiyadan asılıdır. Bu haqda Monqolustanın yüksək vəzifəli məmurlarından biri deyib.

“Monqolustan neft məhsullarının 95%-ni və elektrik enerjisinin 20%-dən çoxunu birbaşa qonşularımızdan (qonşu isə cəmi ikidir: Rusiya və Çin) idxal edir. Bu təchizat bizim və xalqımızın mövcudluğunu təmin etmək üçün çox vacibdir”- yüksək vəzifəli məmur bildirib.

O, Monqolustanın “diplomatik münasibətlərdə hər zaman neytrallıq siyasətini qoruduğunu və bunun, ölkənin yüksək rütbəli rəsmilərinin indiyə qədər verdiyi bəyanatlarla təsdiqləndiyini” xüsusilə vurğulayıb.

Məlumat üçün bildirək ki, Beynəlxalq Cinayət Məhkəməsi 2023-cü ilin martında Putin barəsində həbs orderi verdikdən sonra bu, Rusiya Prezidentinin bu məhkəmənin üzvü olan ölkəyə ilk səfəridir. Medianın məlumatında, Monqolustan hakimiyyətinin Putini onu həbs etməyəcəklərinə inandırdığı deyilir.