Moliti kəndində baş verən sürüşmə ilə əlaqədar Zuqdidi-Tbilisi, Batumi-Tbilisi və Tbilisi-Poti reysləri ilə hərəkət edən qatarlar artıq hərəkətini davam etdirə bilmir və öz başlanğıc stansiyalarına qayıdacaq
Qərbi Gürcüstanda Molitidə baş verən sürüşmə ilə əlaqədar Zuqdidi-Tbilisi, Batumi-Tbilisi və Tbilisi-Poti reysləri ilə hərəkət edən qatarlar artıq hərəkətini davam etdirə bilmir və öz başlanğıc stansiyalarına qayıdacaq-bu barədə Gürcüstan Dəmir Yolları məlumat yayır.
İdarədən verilmiş məlumatda, relslər tam təmizlənən kimi qatarların hərəkətinin bərpa olunacağı deyilir.
“Hörmətli sərnişinlər, güclü yağıntı səbəbindən Qərbi Gürcüstanda, Molitidə torpaq sürüşməsi baş verib və reysdə olan qatarlar artıq hərəkətini davam etdirə bilməyəcək. Konkret olaraq, Zuqdidi-Tbilisi (869), Batumi-Tbilisi (801) və Tbilisi-Poti (874) reysləri ilə hərəkət edən qatarlar öz başlanğıc stansiyalarına qayıdacaq.
Sözügedən reyslərin yerinə yetirilməsi hava şəraitindən asılıdır, rels tam təmizlənən kimi qatarların hərəkəti bərpa olunacaq” – idarənin məlumatında deyilir.