Moldovanın paytaxtında prezident seçkiləri ilə bağlı səsvermənin keçirildiyi Rusiya səfirliyinə “Molotov kokteyli” atılıb
Moldovanın paytaxtında prezident seçkiləri ilə bağlı səsvermə prosedurunun keçirildiyi Rusiya səfirliyinə “Molotov kokteyli” atılıb. Polis həmin şəxsi saxlayıb. Onun kimliyi məlum deyil.
Diplomatik nümayəndəliyin mətbuat katibi Anatoli Loşakovun Rusiya mediasına verdiyi müsahibəsində, həmin şəxsin səfirliyin həyətinə yanan maye ilə dolu iki butulka atdığını və gizlənməyə çalışarkən polis əməkdaşları tərəfindən saxlanıldığını bildirir.
Səfirliyin əməkdaşları yanğını söndürüblər. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Hadisə ilə əlaqədar səfirlikdə yaradılmış seçki məntəqəsi bir müddət fəaliyyətini dayandırıb.
Yerli media saxlanılan şəxsin Moldova vətəndaşı olduğunu və həmçinin Rusiya vətəndaşlığına malik olduğunu iddia etdiyini yazır.