Moldovanın xarici işlər naziri - Kiminsə siyasi təqib edilməsi yolverilməzdir, mən Gürcüstan hakimiyyətini Saakaşvilinin sağlamlığını qorumaq üçün tədbirlər görməyə çağırıram
Moldovanın xarici işlər naziri Niku Popesku Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin həbsini siyasi təqib adlandırır.
“Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin səhhəti ilə bağlı dərin narahatlığımı bildirirəm. Kiminsə siyasi təqibi yolverilməzdir. Mən Gürcüstan hakimiyyətini onun sağlamlığını qorumaq və ədalətin siyasi maraqlardan üstün olmasını təmin etmək üçün tədbirlər görməyə çağırıram”, – Niku Popesku “Twitter”də yazıb.