Moldovanın FLYONE aviaşirkəti Gürcüstanın aviasiya bazarına daxil olur
Moldovanın aşağı büdcəli aviaşirkəti FLYONE Kişinyov-Tbilisi-Kişinyov hava marşrutu üzrə müntəzəm uçuşlara başlayır. Bu barədə Mülki Aviasiya Agentliyi məlumat yayıb.
Onların məlumatına əsasən, bu il iyunun 20-dən etibarən uçuşlar gündəlik həyata keçiriləcək.
“Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinin Mülki Aviasiya Agentliyi sözügedən istiqamətdə fəaliyyətə iyunun 8-də aviaşirkətə icazə verib”, – Mülki Aviasiya Agentliyinin məlumatında deyilir.