Moldovada prezident seçkilərinin ikinci turu keçirilir

10:13, 03.11.2024

Moldovada prezident seçkilərinin ikinci turu keçirilir.

Vətəndaşlar hazırkı prezident, “Hərəkət və Həmrəylik” partiyasının namizədi Maya Sandu ilə keçmiş baş prokuror, sosialist partiyanın namizədi Aleksandr Stoyanoqlo arasında seçim etməlidir.

Moldovada seçki məntəqələri yerli vaxtla saat 07:00-da açılıb və saat 21:00-da bağlanacaq.

Vətəndaşlar qeydiyyatda olduqları yerləri onlayn olaraq yoxlaya bilərlər.

Dünyanın 37 ölkəsində 234 seçki məntəqəsi açılıb.

Xatırladırıq ki, oktyabrın 20-də keçirilən seçkilərin birinci turunda Sandu 42,45 faiz, Stoyanoğlu isə 25,98 faiz səs toplayıb.

Oxşar