Moldovada prezident olmaq istəyən Maia Sandu bəyan edir ki, Belorusiyada baş verən hadisələr Moldova üçün siqnal olmalıdır
Moldovada prezident olmaq istəyən Maia Sandu bəyan edir ki, Belorusiyada baş verən hadisələr Moldova üçün siqnal olmalıdır.
Bu barədə məlumatı “Avronyus” yayır.
Maia Sandunun dediyinə görə, Moldovada mövcud olan problemlərin həlli üçün “siyasi klasın” təmizlənməsi lazımdır.
“Belorusiyada baş verən hadisələr göstərdi ki, xalqın istəyinin saxtalaşdırılmasına reaksiya sıfır oldu” – deyib Sandu.
Maia Sandu 2012-2015-ci illərdə Moldovada Təhsil Naziri oldu və daha sonra 2019-cu ilin iyun ayından noyabr ayına qədər baş nazir oldu.
Onun səlahiyyətini prezident dayandırdı.
İndi isə, pro-avropalı Sandu siyasətə qayıtmağı düşünür.
O prezident seçkilərində, qüvvədə olan prezident İqor Dodonun rəqibi olacaq.
Moldovada prezident seçkiləri noyabrın 1-də keçiriləcək.