Moldovada beş telekanalın bağlanması haqda qərar qəbul ediblər
Moldovada beş telekanalın bağlanması haqda qərar qəbul ediblər

 
Moldovada, ölkə hökumətinin məlumatına əsasən, “ölkədən qaçan oliqarxlar İlan Şor və Vladimer Plaxotniukla əlaqəli” beş telekanal bağlanacaq.

Yerli medianın yaydığı məlumata əsasən, müvafiq qərarı Moldovanın Milli Əhəmiyyətli İnvestisiya Layihələrinin İnkişaf Şurası qəbul edib.

Söhbət Moldovadakı Primul în Moldova, Accent TV, Orizont TV, Canal 2 və Canal 3. telekanallarının sahibi olan üç şirkətin lisenziyasının alınmasından gedir.

Moldova hökumətinin yaydığı məlumatda qeyd olunub ki, şirkətlər şuranın tələblərini pozub və maliyyələşdirmə ilə bağlı natamam məlumat təqdim ediblər – digər banklarda hesabları olmasına baxmayaraq, yalnız bir bank hesabının göstəricilərini təqdim ediblər.

“Şirkətlərin Plaxotniuk və Şorun qrupları ilə əlaqəsini sübut edən əməliyyatlar qeydə alınıb”- Moldova hökumətində bildirirlər.