Moldova prezidenti ölkənin Avropa İttifaqına üzvlük müraciətini imzalayıb
Moldova prezidenti Maia Sandu Moldovanın Avropa İttifaqına üzvlük müraciətini imzalayıb. Moldova mətbuatının məlumatına görə, müraciətin adresatı Fransa prezidenti Emmanuel Makrondur.
Maia Sandunun brifinqdə də qeyd etdiyi kimi, sənədi bir neçə gündən sonra Brüsselə təqdim edəcəklər.
Xatırlatmaq istərdik ki, Gürcüstanın baş naziri İrakli Ğaribaşvili bu gün Aİ-yə üzvlük müraciətini imzalayıb. Bundan əvvəl müraciəti Ukrayna tərəfi Brüsselə təqdim edib.