Moldova parlamentinin sədri - İlia Darçiaşvili ilə səmərəli söhbətimiz oldu, təcrübələrimizi bölüşdük, çünki biz eyni yoldayıq, ortaq Avropa istəklərimiz var
Moldova parlamentinin sədri İqor Qrosu Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili ilə səmərəli söhbətin baş tutduğunu və bu söhbət zamanı bir-birləri ilə öz təcrübələrini bölüşdüklərini, çünki Gürcüstan və Moldovanın eyni yolda olduqlarını, ortaq Avropa istəklərinin olduğunu açıqlayıb.
” Moldovanın 9, Gürcüstanın isə 12 şərtinin olduğunu bilirik. Beləliklə, biz bu yolda irəliləyişi necə təmin etmək barədə təcrübəmizi bölüşürük” – deyə İqor Qrosu bildirib.
İqor Qrosu görüşdə Ukraynada davam edən müharibə və mövcud təhlükələrə də toxunulduğunu bildirib.
“Biz Ukraynada davam edən müharibədən, bu müharibənin ölkələrimizə, Gürcüstana və Moldovaya vurduğu böyük ziyandan danışdıq. Qarşılaşdığımız təhlükələrdən danışdıq. Dünən Ukraynanın infrastrukturuna raket hücumları ilə əlaqədar ölkəmizdə elektrik enerjisi geniş miqyasda kəsilib” – deyə Moldova parlamentinin sədri bildirib.
Bununla yanaşı, İqor Qrosu de-oliqarxizasiya ilə bağlı qanunvericilik çərçivəsinin yetərli olmadığını bildirib.
“Bu yaxınlarda bu baxımdan nailiyyətimiz oldu. Dünən Moldova Respublikası Kişinyov Beynəlxalq Hava Limanı olan dövlət əmlakını geri qaytarıb. Hava limanı oliqarx kateqoriyasına düşən şəxs tərəfindən qanunsuz olaraq mənimsənilmişdi. Ədalət bərpa olundu. Ukrayna qanunu faydalı ola bilər, biz onun nə təklif etdiyini öyrənməliyik, lakin fikrimizcə, yalnız qanunu nəzərə almaq kifayət deyil, effektiv olması üçün başqa qanunlara da dəyişiklik etmək lazımdır”- deyə Moldova parlamentinin sədri bildirib.