Moldova hakimiyyəti Rusiya ilə razılığa gələ bilmədiyi üçün Polşadan 1 milyon kubmetr təbii qaz aldıqlarını bildirib
Moldova hakimiyyəti Kişinyovun Rusiya ilə enerji razılaşmasına nail ola bilməməsindən sonra Polşadan bir milyon kubmetr təbii qaz aldığını bildirib.
“Energocom dövlət şirkəti ilə Polşanın PGNiG şirkəti arasında bir milyon kubmetr təbii qazın alınmasına dair müqavilə imzalanıb. Bu alış qazın alternativ mənbələrdən idxalı imkanlarını sınaqdan keçirəcək və təbii qaz təchizatı sistemində aşağı təzyiqi tarazlaşdıracaq”, – Moldova hökumətinin bəyanatında deyilir.
Moldova keçən həftə Rusiyanın dövlət enerji şirkəti Qazprom ilə təbii qaz müqaviləsini pozduğuna görə fövqəladə vəziyyət elan edib.