Modernləşdirilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzrə ilk yük qatarı Türkiyəyə çatdı
Modernləşdirilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzrə ilk yük qatarı Türkiyəyə çatdı.
Qatar Bakıdan Qarsa 20 konteynerə yüklənmiş 632 ton plastik xammal çatdırdı.
Yerli vaxtla saat 04:50-də Qars stansiyasına çatan qatar müvafiq gömrük yoxlamasından sonra logistik mərkəzə köçürüldü.
Türkiyə mediası yazır ki, Gürcüstan dəmir yolunun 184 km-lik hissəsini modernləşdirilməsi və genişləndirilməsi üzrə işlər 2023-cü ilin may ayından davam edir və cari ilin mayın 20-də tamamlandı. Dəmir yolu magistralı 2017-ci ilin oktyabrın 30-da fəaliyyətə başladı.
Bakı-Tbilisi-Qarsın uzunluğu 829 km-dir ki, bunun da 504 km-i Azərbaycan ərazisindən, 246 km-i Gürcüstandan, 79 km-i isə Türkiyədən keçir.
Türkiyə mediası yazır ki, yeni yol Asiya ilə Avropa arasında malların çatdırılma müddətini əhəmiyyətli dərəcədə ,15 günə qədər azaltmağa imkan verdi.