Moda evi "Şanel" koronavirus təhlüksinə görə, Çində planlaşdırdığı moda şousunu ləğv etdi
Moda evi “Şanel” koronavirus təhlüksinə görə, Çində planlaşdırdığı moda şousunu ləğv etdi.
Bu barədə məlumatı “Royter” agentliyi yayır.
Moda kolleksiyasının nümayişi Pekində planlaşdırılırdı.
Söhbət dekabrın 4-də Parisdə keçirilən kolleksiyadan gedir.
“Kolleksiyanın nümayişi ləğv olunur, çünki, əməkdaşlarımızın və istifadəçilərimizin sağlığı bizim üçün əsas prioritetdir” – deyilir “Şanel” evinin bəyanatında.