Təkcə kanalımızın əməkdaşlarını deyil, bütün Birinci Kanalı kədərləndirən bu xəbəri dərc etmək bizim üçün çox çətindir. “Moambe” xəbər proqramının jurnalisti Qiorqi Koberidze dünyasını dəyişib.
Qiorqi Koberidze son səkkiz ildir ki, Kanal 1-də işləyir və bir çox hadisələri əks etdirən süjetlər hazırlayır. O, öz peşəsinə sadiq bir insan kimi həm Gürcüstanda, həm də xaricdə baş verən mühüm hadisələri böyük məsuliyyətlə işıqlandırırdı.
Birinci kanal öz dərin hüznünü bildirir və Qiorqinin ailəsinə, dostlarına və həmkarlarına başsağlığı verir.