MN Müdafiə Qüvvələrinin Milli Qvardiyasının baş təlimatçısının vəfatından dolayı məyusluğunu ifadə edir
MN Müdafiə Qüvvələrinin Milli Qvardiyasının baş təlimatçısının vəfatından dolayı məyusluğunu ifadə edir

 
Gürcüstanın Müdafiə Nazirliyi Müdafiə Qüvvələrinin Milli Qvardiyasının 10-cu Ərazi Müdafiə Briqadasının baş təlimatçısının Şovidə xidməti vəzifəsini yerinə yetirərkən vəfatından dolayı məyusluğunu ifadə edir.

“Gürcüstan MN Müdafiə Qüvvələrinin Milli Qvardiyasının 10-cu Ərazi Müdafiə Briqadasının baş təlimatçısı, 1973-cü il təvəllüdlü Temur Qeno oğlu Xarçilavanın vəfatından dolayı dərin məyusluq hissi keçirdiyini bildirir. 2023-cü ilin 23 avqust tarixində “Sorta” tədris mərkəzinin 2-ci tədris kursunun təlimatçısı Oni Munisipalitetinin Şovi kurortu ərazisində vəzifəsini yerinə yetirirmiş və aparılan xilasetmə işləri zamanı o, ehtimal ki, ürək tutmasından dünyasını dəyişib.

Müdafiə Nazirliyi Temur Xarçilavanın vəfatından dolayı bir daha dərin məyusluq hissi keçirdiyini bildirir, mərhumun ailəsinə, yaxınlarına və əməkdaşlarına dərin hüznlə başsağlığı verir” – Müdafiə Nazirliyinin məlumatında qeyd olunur.