Mleta-Qudauri və Qudauri-Kobi yol hissələrində nəqliyyatın hərəkəti qadağan edildi
Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun Mleta-Qudauri və Qudauri (Post)-Kobi hissələrində güclü qar və aşağı temperatur səbəbindən qar uçqunu təhlükəsi yüksəkdir.
Avtomobil Yolları Departamentinin məlumatına görə, sözügedən hissələrdə bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağandır.
Magistral yolun qalan hissələrində avtomobillərin hərəkəti sərbəstdir.
Müəllif -
Mehemmed Bayramaliyev