Həyata keçirilmiş təmizləmə işləri nəticəsində beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun Mleta-Qudauri hissəsində avtonəqliyyatın hərəkəti bərpa edilib.
Bu barədə məlumatı Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Şöbəsi yayır.
“Bu yolun Qudauri (Posta)-Kobi hissəsində, Milli Ətraf Mühit Agentliyinin məlumatına əsasən uçqun təhlükəsi yüksəkdir, bu səbəbdən sözügedən hissədə bütün növ avtonəqliyyatın hərəkəti qadağan edilib.
Milli Ətraf Mühit Agentliyinin məlumatına əsasən Mleta-Qudauri hissəsində avtonəqliyyatın hərəkəti dayanmadan həyata keçiriləcək. Yolun qalan hissələrində avtonəqliyyatın hərəkəti sərbəstdir”-deyə məlumatda qeyd olunub.