Mleta-Qudauri hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti bərpa edilib
Mleta-Qudauri hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti bərpa edilib

 

Təmizləmə işləri nəticəsində beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun Mleta-Qudauri hissəsində bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.

Məlumatı Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti yayır.

“Milli Ətraf Mühit Agentliyinin məlumatına əsasən eyni avtomobil yolunun Qudauri (Posta)-Kobi hissəsində qar uçqunu təhlükəsi yüksəkdir, bu səbəbdən sözügedən hissədə bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib.

Milli Ətraf Mühit Agentliyinin məlumatına əsasən Mleta-Qudauri hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti fasiləsiz rejimdə həyata keçiriləcək”- deyə məlumatda qeyd olunub.