Mleta-Qudauri hissəsində avtonəqliyyatın hərəkəti bərpa edilib
Mleta-Qudauri hissəsində avtonəqliyyatın hərəkəti bərpa edilib

 

Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına əsasən aparılan təmizləmə işləri nəticəsində beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun Mleta-Qudauri hissəsində bütün növ avtonəqliyyatın hərəkəti bərpa edilib.

Bununla yanaşı, Milli Ətraf Mühit Agentliyinin məlumatına əsasən Qudauri (Posta)-Kobi hissəsində uçqun təhlükəsi səviyyəsi yüksəkdir və bu səbəbdən sözügedən hissədə bütün növ avtonəqliyyatın hərəkəti qadağandır. Milli Ətraf Mühit Agentliyinin məlumatına əsasən Mleta-Qudauri hissəsində nəqliyyatın hərəkəti dayanmadan həyata keçiriləcək.