“McDonald's” Rusiyada fəaliyyətini dayandırıb və 850 restoranı müvəqqəti bağlayıb
“McDonald's” Rusiyada fəaliyyətini dayandırıb və 850 restoranı müvəqqəti bağlayıb

“McDonald’s” Rusiyada fəaliyyətini dayandırır və bütün restoranları müvəqqəti bağlayır. Şirkətin Rusiyada 850 restoranı var.

“Ukraynadakı münaqişə və Avropadakı humanitar böhran günahsız insanlara inanılmaz iztirablar vurur. Biz bütün dünyada təcavüz və zorakılığı qınamağa və sülh üçün dua etməyə qoşuluruq” dedi McDonald’s-ın baş icraçı direktoru Kris Kempçinski.

Şirkətdən verilən məlumata görə, onlar McDonald’s-ın Rusiyadakı işçilərinə maaş verməyə davam edəcəklər. Ümumilikdə Rusiyadakı fast food şirkətində 62 min işçi çalışır.