Mixeil Kavelaşvili Şimali Makedoniya Respublikasının Assambleyasının sədri Afrim Qaşi ilə görüşüb
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Şimali Makedoniya Respublikasının Assambleyasının sədri Afrim Qaşi ilə görüşüb.
Prezident Administrasiyasının məlumatına görə, görüşdə Gürcüstan və Şimali Makedoniya Respublikası arasında mövcud tərəfdaşlıq münasibətləri və ikitərəfli əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub. Xüsusi diqqət iqtisadiyyat, ticarət, əlaqəlilik, təhsil, mədəniyyət və xalqlar arasında münasibətlər sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivlərinə yönəlib.
Söhbət həmçinin Qara dəniz regionu ilə Qərbi Balkanların qarşılıqlı əlaqəsinin əhəmiyyətinə, o cümlədən təhlükəsiz və etibarlı tranzit marşrutların və iqtisadi dəhlizlərin inkişafına da toxunub.
Mixeil Kavelaşvili Afrim Qaşiyə Şimali Makedoniyanın Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü, eləcə də tanımama siyasətini ardıcıl şəkildə dəstəklədiyinə görə təşəkkür edib və iki ölkə arasında əməkdaşlığın gələcəkdə də uğurla davam edəcəyinə inamını ifadə edib.